Emoməli Rəhmon taciklərin törətdiyi İstanbul terrorundan DANIŞDI
Bizi izləyin

Dünya

Emoməli Rəhmon taciklərin törətdiyi İstanbul terrorundan DANIŞDI

Tacikistan prezidenti Emoməli Rəhmon iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən və 42 nəfərin ölümünə səbəb olan qanlı terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Publika.az Tacikistanın “News.tj” saytına istindən xəbər verir ki, başsağlığı məktubunda prezident Emoməli Rəhmon Türkiyədə törədilən dəhşətli terror aktını qınadığını bildirib: “Biz terrorçuların bu cür dəhşətli və bəşəriyyətə ziddi olan qeyri-insani qanlı əməlini qınayırıq. Hesab edirik ki, 21-ci əsrdə hələ də mövcud olan ekstremizm və qorxu yaradan terrora qarşı amansız mübarizə davam etdirilməlidir. İstanbulda törədilən qanlı terror aktı nəticəsində həlak olan insanlara Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirəm”.

Xatırladaq ki, Türkiyənin “Milliyyet” qəzeti İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçuların törətdiyini yazıb.

Qəzet Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini də dərc edib. Onların şəxsiyyətləri və hansı qrupa aid olduqları hələ müəyyənləşdirilməyib.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm