Prezident tutduğu adamları yedi
Bizi izləyin

Bilgi.az

Prezident tutduğu adamları yedi

XX əsrdə minlərlə insanı yer üzündən silən "Kənd zülmkarı" və ya "Afrika cəlladı" İdi Amin Böyük Britaniyanın fatehi kimi yadda qalıb.

300 min adamı qətl edən bu adam qurbanlarını bişirib yeyirdi. İdi Amin qəti şərtləri və qəddarlıqları ilə dünyanın ən qəribə diktatoru idi. Orduya aşpaz kimi qatılan Amin qanlı işgəncə üsullarıyla sürətlə yüksələrək baş qərargaha başçılığa gətirilib. 1971-ci ildə dövrün Baş naziri Milton Oboteni devirərək iqtidara gəlib. Bu qələbə əvvəlcə Uqanda xalqı tərəfindən sevinclə qarşılansa da, lakin sonralar necə yanıldıqlarını anlayıblar. Ölkədəki minlərlə hindli və pakistanlını deportasiya edən diktator deyirdi:

"Könül gözümlə allahı gördüm. Mənə, "Uqandanı qurtarmaq istəyirsənsə, xariciləri ölkədən atmalısan" dedi".

1972-ci ildə Uqandada yaşayan bütün asiyalılara İngilis pasportuna sahib olduğu üçün (xüsusilə hindlilərin) 55 000 əcnəbinin 90 gün ərzində ölkəni tək etməsini əmr edir. Onların mal varlıqlarına əl qoyur, yerinə ölkədəki müsəlman azlığı və qohumlarını, hindlilərdən qalan işləri onlara həvalə edir. Onun bu hərəkəti ölkə iqtisadiyyatının çökməsinə səbəb olur. 1975-ci ildə isə marşal rütbəsi alır. Uqandayla İsrail arasındakı əlaqələrə son verərək Liviya və Fələstinə yaxınlaşır. İdi Amin ABŞ və İngiltərəni təhqir edir. ABŞ və İngiltərə isə 1976-cü ildə buna cavab olaraq, Uqandadakı nümayəndəliklərini bağlayır. 1976-ci ildə Amin özünü ömürlük dövlət başçısı elan edir. Ümumiyyətlə, həddindən artıq milliyyətçi bir insan idi.

1976-cı il iyulun 4-də fələstinlilər tərəfindən qaçırılan, içində yəhudilərin də olduğu Fransız sərnişin təyyarəsinin Uqandaya enməsinə icazə verir. İsrailin xüsusi qüvvələrinin təşkil etdiyi əməliyyatda dörd girov və bir israilli əsgər ölür. 45 uqandalı əsgər həlak olur və 11 döyüş təyyarəsi elə havadaca məhv edilir. Bundan başqa, girovlardan birinin xəstəxanada olanda əsgərlər tərəfindən öldürülməsi və bütün girovların azad edilməsi İdi Aminin prestijinə böyük zərbə vurur.

Tanzaniya və Keniya ilə başlatdığı qarşıdurmalar Şərqi Afrika Birliyini zəiflədir. Diktatorluğu dövründə 350 minə yaxın adama işgəncə berərək öldürdüyü məlumdur. Onun davranışları bicliklə təlxəklik, kübarlıqla vəhşilik arasında daimi olaraq dəyişirdi.

1978-ci ilin oktyabrında Uqandaya Tanzaniya Milli Qurtuluş Ordusu adlı partizanların hücumları başlayır. Liviya lideri Muammər Qəddafi İdi Aminə kömək üçün əsgər və avadanlıq göndərir. Həmçinin Fələstin Azadlıq Təşkilatının bəzi döyüşçülərini də. Buna baxmayaraq, iqtidarı itirəcəyini anlayan İdi Amin sonda 13 aprel 1979-cu ildə ölkəni tərk edir. Əvvəlcə Liviyaya keçir, daha sonra isə Səudiyyə Ərəbistanına köçür. Bir müddət sonra isə həyat yoldaşlarından ikisi və 22 uşağı da onun yanına gedir. 1989-cu ildə gizlicə Uqandaya keçmək üçün getdiyi Zairə Uqanda ilə böyük problemlər yaşayır. Konqo hökuməti Amini Uqandaya təslim etməyi rədd edir və Səudiyyə Ərəbistanına qayıtmasını təmin edir.

Bütün balıqların sahibi

Özünü ömürlük prezident elan edəndən sonra "İngilis İmperatorluğu Fatehi", "Dr. İdi Amin Dada", "Uqanda Silahlı Qüvvələrinin Baş komandiri", "Şura sədri", "Polis şefi", "Həbsxana müdiri", "qurudakı bütün heyvanlar" və "dənizdəki bütün balıqların sahibi" adlarını qazana bilib. Formasında gəzdirdiyi medallara görə tez-tez həmin formalar parçalanırdı.

Soyuducudakı kəllələr

Rəhbərliyi dövründə 300 min adamın ölüm əmrini verən İdi Aminin qəddarlıqları haqqında saysız-hesabsız söz-söhbətlər gəzirdi. Həyat yoldaşlarından birinin cəsədini öz əlləriylə parçalayan qanlı diktator, qızlarının gözləri qarşısında öldürtdüyü nazirlər və rahiblərin də olduğu qurbanlarının cəsədlərini Nil çayındakı timsahlara atırdı. Xidmətçilərinin sözlərinə görə, sarayındakı soyuducuda da çox sayda kəllələr vardı. Ən sevdiyi yemək "uşaq dolması" idi. Mütəxəssislərə fikrincə, İdi Amin tipik bir "hipomaniya" xəstəsi olub.

Əmlik quzu istəyib

O, gün ərzində 4-5 kilo ət yeyirdi. Türkiyədən ona nə istəməsi haqqında məktub göndəriləndə, cavabında "Sizin kiçik quzularınızın əti nəfisdir. Mənə o quzulardan birini göndərsəniz, çox xoşbəxt olaram" deyib. Lakin o quzunu ona göndərmədilər. İdi Amini yaxından tanıyanlar onun istədiyi vaxt pişik kimi yumşaq olduğunu, lakin vəhşiləşəndə dəhşətli adam halına gəldiyini deyib. Məsələn, görüş zamanı bəzən yerlərə qədər əyilən insanların əlini öpürdü.

Onun haqqında fikirlər:

- Cani ruhlu, son dərəcə intizamlı bir əsgər olduğu üçün İngilis ordusunda rütbələri artırdı. Tutduğu adamlardan birini öldürmədən, qışqırda-qışqırda, qanını fışqıraraq yeyib.

- Adamın necə qəribə təşəkkür duğusu var idisə, onu orduya qəbul edəni başçı olandan sonra devirib və yerinə özü keçib. Elə özü də bir zərbəylə devrilib və ölkədən qaçıb. 2003-cü ildə Səudiyyə Ərəbistanında ölüb.

- Dünyanın gördüyü ən böyük aktyorlardan biri... İnsanların gözünə pərdə çəkə bilən diktator. Lakin gerçək həyatda Amerikanın çanağını yalayan it. CIA və MOSSAD-la bağlı gizli işlər görən və qarşılığında milyonlarla dollar alıb xalqının məhv olmasına göz yuman xain... (admiral.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm