Lukaşeviç: “Qarabağa sülhməramlıların göndərilməsi...”
Bizi izləyin

Nida.az

Lukaşeviç: “Qarabağa sülhməramlıların göndərilməsi...”

"Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıların göndərilməsi hələ təklif edilmir".

Publika.az xəbər verir ki, bu haqda "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviş bildirib.

O, həmçinin bildirib ki, münaqişə zonasına sülhməramlıların göndərilməsi ideyası yeni deyil.

"Hələ 1990-cı illərdən Dağlıq Qarabağ münaqişə zonasında sülh əməliyyatı konsepsiyası var. Amma bu nizama salınmanın son mərhələsidir. İndi bu ideya qüvvədə deyil, çünki nizama salınma yoxdur. Yüksək səviyyəli planlaşdırma qrupu ATƏT-in katibliyi çərçivəsində işləyir. Qrup Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT himayəsi altında hipotetik sülh əməliyyatının keçirilməsi sxemini daim uyğunlaşdırır. Amma hansı güclərlə? Buna necə baxacaqlar? Hələ ki bu yalnız eskizlərdir və tərəflər kifayət qədər müntəzəm tanış edilir", - diplomat bildirib.

Rusiyalı diplomat bildirib ki, qrup ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşikin ofisi ilə sıx koordinasiyada işləyir.

Bundan başqa, onun sözlərinə görə, ATƏT üçün bu ideya böyük çağırış olacaq, çünki heç vaxt ATƏT sülh əməliyyatları ilə məşğul olmurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm