XİN-dən ATƏT sədrinin Bako Saakyanla görüşünə REAKSİYA
Bizi izləyin

Nida.az

XİN-dən ATƏT sədrinin Bako Saakyanla görüşünə REAKSİYA

Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank - Valter Ştaynmayerin Dağlıq Qarabağdakı qondarma separatçı rejimin nümayəndəsi Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır.

Bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank - Valter Ştaynmayerin Ermənistanda B.Saakyan ilə görüşünü Trend-ə şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək: "Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm