İŞİD “yatan qruplar”ın SİYAHISINI yaydı
Bizi izləyin

Dünya

İŞİD “yatan qruplar”ın SİYAHISINI yaydı

İstanbul Atatürk Hava Limanında 3 kamikadzenin özünü partlatması ilə reallaşdırılan terror aktından sonra İŞİD terror qruplaşması bir qrafik paylaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-ə yaxınlığı ilə tanınan “Amaq” agentliyinin dərc etdiyi qrafikdə terror təşkilatının yayıldığı ərazilər yer alıb.

Qrafikdə Türkiyə də göstərilib. Təşkilatın “yatan qrupları” arasında Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanı, Əlcəzair, Fransa, Tunis, Livan və Banqladeş var.

Qeyd edək ki, iyunun 29-u axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həlak olub, 239-u yaralanıb. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyə hakimiyyəti iddia edir ki, terror aktında İŞİD-ə aid elementlər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm