Olimpiya çempionunun silahı əlindən alındı
Bizi izləyin

İdman

Olimpiya çempionunun silahı əlindən alındı

İkiqat Olimpiya çempionu, avstraliyalı atıcı Maykl Daymond Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nı buraxa bilər.

Publika.az xəbər verir ki, M.Daymond mayın sonlarında Avstraliyanın Yeni Cənubi Uels ştatında içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, həbs olunmuşdu. O, həmçinin yanlış şəkildə silah saxlamaqda ittiham olunub. Buna görə də onun silah gəzdirmək lisenziyası dayandırılıb. Milli Olimpiya Komitəsindən (MOK) M.Daymondun davranışının qəbuledilməz və ölkənin imicinə təhdid olduğu bildirilib.

İdmançı lisenziyanın ləğvi qərarından məhkəmə formasında şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, M.Daymond 1996 və 2000-ci illərdə stend atıcılığı növü üzrə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm