BÖYÜK AYRILIQ: 29 ildən sonra
Bizi izləyin

İdman

BÖYÜK AYRILIQ: 29 ildən sonra

“Mançester Yunayted” azarkeşləri səhəri üzücü xəbərlə açıb.

Publika.az xəbər verir ki, ömrünün 29 ilini “Qırmızı şeytanlar”a həsr edən Rayan Giqqz klubdan ayrlmağa qərar verib. Əfsanə bu addımı yeni baş məşqçi Joze Mourinyonun köməkçisi işləmək istəmədiyi üçün atıb. Belə ki, “Xüsusi”nin gəlişindən sonra Giqqzin səlahiyyətləri azaldılacaqdı.

Giqqz Uels futbolunun canlı əfsanəsi sayılır. Hazırda onun agentləri MY rəhbərliyi ilə kompensasiya məsələsi üzrə danışıqlara başlayıb. O, hələlik İTV kanalında ekspert kimi çalışacaq. O, gələcəkdə müstəqil məşqçilik karyerasını davam etdirmək fikrindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm