Erməni KİV-i: “İrəvan Qarabağ məsələsində güzəştə məcbur edilir”
Bizi izləyin

Nida.az

Erməni KİV-i: “İrəvan Qarabağ məsələsində güzəştə məcbur edilir”

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin İrəvan səfəri Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətlidir. İyulun 4-də Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistana gələcəyi münaqişə ətrafında məxfi proseslərin getdiyini göstərir.

Publika.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Ştaynmayerin səfərindən sonra Lavrovun da İrəvana gələcəyi Ermənistanın münaqişə ilə bağlı güzəştə getməyə məcbur edildiyi təəssüratı yaradır: "Əslində bu iki səfər Qərblə Rusiyanın münaqişədə əsas təşəbbüskarçı olması kimi də başa düşülə bilər".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm