Nida.az
Azərbaycanla IFAD arasında əlaqələr müzakirə edilib
Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində yerləşən agentlikləri yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze ilə görüşüb.
Görüşdə Azərbaycan Hökuməti ilə IFAD arasında mövcud əlaqələr, bu xüsusda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan diplomatı ölkəmizin iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olması, kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər və bu xüsusda beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.
IFAD prezidenti 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirak ilə əlaqədar Azərbaycana etdiyi səfərini məmnunluqla xatırladıb və ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kənd təsərrüfatına verilən diqqəti təqdir edib və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər