Terrorçu türk polisini hava limanında belə vurdu – VİDEO
Bizi izləyin

Dünya

Terrorçu türk polisini hava limanında belə vurdu – VİDEO

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı ilə əlaqədar yeni görüntülər ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror hücumunda vurularaq yaralanan polis və terrorçu arasında baş verənlər təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdə polisin vurulduğu an yer alıb. Polis terrorçunun yanına yaxınlaşır. və ondan kimliyini soruşur. Bu an terrorçu silahını çəkərək polisə atəş açır.

Qeyd edək ki, iyunun 29-u axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həlak olub, 239-u yaralanıb. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyə hakimiyyəti iddia edir ki, terror aktında İŞİD-ə aid elementlər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm