İŞİD-ə ən ağır zərbə - 250 terrorçu məhv edildi - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-ə ən ağır zərbə - 250 terrorçu məhv edildi - VİDEO

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri hava əməliyyatında İraqın Fəllucə şəhərində İŞİD-ə aid avtomobil karvanını vurub.

Publika.az “Reuters” agentliiynə istinadən xəbər verir ki, təşkilata aid 40 avtomobil məhv edilib, ən azı 250 İŞİD üzvü öldürülüb.

ABŞ-ın yüksək vəzifəli və adının açıqlanmasını istəməyən səlahiyyətliləri agentliyə açıqlamasında bildiriblər ki, dünən həyata keçirilən əməliyyat İŞİD-ə qarşı ən ölümcül hücum olaraq yazılacaq.

İraq ordusu isə ABŞ aviasiyasının dəstəyi ilə ələ keçirilən Fellucə əməliyyatinda təşkilatın bir neçə lideri də daxil olmaqla 1500 İŞİD-çinin öldürüldüyünü açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm