Putin: “Türkiyə Rusiyadan üzr istədi”
Bizi izləyin

Dünya

Putin: “Türkiyə Rusiyadan üzr istədi”

“Türkiyə təyyarənin vurulmasına görə üzr istəyib və tərəflər yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın bərpası üçün tədbirlər görəcək”.

Publika.az “RİA-Novosti” agentliiynə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfirlər və Rusiyanın daimi nümayəndələri ilə görüşdə bildirib.

“Siz bilirsiniz ki, dünən Türkiyə prezidenti ilə telefon danışığı oldu. Məlumdur ki, Ankara vurulan Rusiya bombardmançısı üçün üzr istəyib. Bunu nəzərə alaraq, yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın bərpası üzrə tədbirlər görməyi nəzərdə tuturuq”, - Rusiya lideri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm