ABŞ-dan Türkiyə ilə bağlı ŞOK QADAĞA
Bizi izləyin

Dünya

ABŞ-dan Türkiyə ilə bağlı ŞOK QADAĞA


ABŞ Türkiyəyə gedən hərbiçilərinə və diplomatik personala ailələrini özləri ilə aparmağı qadağan edir.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Obama Administrasiyası mart ayında hərbiçilərin və diplomatik personalın ailələrini İncirlik bazasından çıxaranda bunun müvəqqəti olduğunu açıqlamışdı.

Lakin yayılan məlumata görə, ABŞ hərbiçilərin və diplomatik personalın ailələrini özləri ilə aparmasını ümumiyyətlə qadağan edən qərar hazırlayır. Bu qərarın Atatürk hava limanında baş verən terror aktından əvvəl hazırlandığı deyilir.


ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiqini gözləyən qərarda amerikalı hərbiçilərin Türkiyədə xidmət müddəti iki ildən bir ilə endirilməsi, ailələrinin isə ümumiyyətlə aparılmaması əksini tapıb.

Qeyd edək ki, Türkiyədə 2 min 200 amerikalı çalışır. Onlardan 1500-ü İncirlik hərbi bazasında yerləşib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm