Qulaqları pambıq çubuqla təmizləməyin fəsadları - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Qulaqları pambıq çubuqla təmizləməyin fəsadları - FOTOLAR

Bəziləri qulaqların tez-tez və mümkün qədər dərindən təmizlənməsinin lazım olduğu deyir. Sən demə, bu, belə deyil. Qulaqların yalnız görünən hissəsini və nəm pambıqla silmək lazımdır. Qulaqları təmizləyən zaman pambıqlı çubuğu daha dərinə aparmaq olmaz.

Publika.az Rusiya mətbuatına istinadən pambıqlı çubuğun qulaqlara zərərlərini təqdim edir:

Çubuğu dərinə apardıqda, çirk daha da arxaya gedir və qulaq pərdəsində tıxanır. Bu isə eşitmə qabiliyyətinə mənfi təsir edir.

Əslində, qulaq çirki faydalıdır. O, qulağı müxtəlif bakteriya, göbələk və həşəratlardan təmizləyir. Eləcə də qulaq kanalını nəmləndirir.

Bəs qulaqları necə təmizləməli? Onu heç cür təmizləmək lazım deyil. Əgər ehtiyac yaranarsa, həkimə getmək məsləhət görülür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm