Ronaldo: “Messinin göz yaşlarını görmək ağırdır”
Bizi izləyin

İdman

Ronaldo: “Messinin göz yaşlarını görmək ağırdır”

"Real"ın hücumçusu Kristiano Ronaldo dünyanın ən yaxşı futbolçusu adı uğrunda illərdir mübarizə apardığı əsas rəqibi Lionel Messini dəstəkləyib.

Publika.az xəbər verir ki, “Real”ın lideri argentinalı futbolçunun milli karyerasını başa vurmaq qərarına münasibət bildirib:

"Messi çətin qərar qəbul edib. Azarkeşlər onu anlayıb qəbul etməlidir. O, uduzmağa və ikinci yeri tutmağa öyrəşməyib. Penaltini dəqiq vurmamaq səni pis oyunçu etmir. Messinin göz yaşlarını görmək mənə ağırdır. Ümid edirəm ki, milli komandaya qayıdar. Çünki Argentinanın ona çox ehtiyacı var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm