Bakı-Lənkəran avtobusu qəzaya düşdü, yaralılar var
Bizi izləyin

Dünya

Bakı-Lənkəran avtobusu qəzaya düşdü, yaralılar var

Bakı - Lənkəran sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “VAz-21011” markalı avtomobili ilə toqquşub.

Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “VAZ-21011” markalı avtomobil isə deformasiyaya uğrayıb, sürcü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm