Komitə sədri: “Bu adamın fəaliyyəti harada varsa,..”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Bu adamın fəaliyyəti harada varsa,..”

"Corc Sorosun fəaliyyəti nəticəsində iri korporasiyaların dünyanın bir çox bölgələrində, xüsusən də Afrikada böyük gəlirlər əldə etməsi və sadə xalq arasında yaranan aclıq, səfalət, hərc-mərclik göz önündədir. İndi belə bir adamın hər hansı siyasi bəyanat verməsi qeyri-ciddidir".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.

Millət vəkili qeyd edib ki, C.Sorosun siyasi bəyanat verməsi onun istismarçı siyasətini və gəlir yolları əldə etmə məqsədini bir daha ortaya qoyur: "Ölkəmizə qarşı olan bu mövqeyin səbəbi odur ki, Azərbaycan dövləti belə şəxslərin vətəndaşlarımızın müflisləşməsi hesabına ölkəmizdə gəlirlər əldə etməsinə imkan verməyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyün bərpası istiqamətində atdığı addımlara müxtəlif vasitələrlə mane olmağa çalışan, eyni zamanda ölkə daxilində hərc-mərclik yaratmaq cəhdləri nəticəsində Azərbaycan hökuməti bu maliyyə fırıldaqçısının fəaliyyətinə xitam vermişdi".

F.Muradov qeyd edib ki, C.Sorosun adı olan yerlərdə böhran, hərc-mərclik halları geniş vüsət alıb: "Bu adamın fəaliyyəti harada varsa, o ölkələrdə daxili münaqişələrin artdığının şahidi oluruq. Eyni zamanda maliyyə fırıldaqları edən bu adam üçün pul qazanmaq ehtirası bütün maraqlardan üstündür. Bu gün belə bir keyfiyyətlərə malik olan adamı Azərbaycana qarşı istifadə etmək istəyən qüvvələr, həmçinin buna daxildən dəstək verən bəziləri anlamalıdır ki, bizim üçün ölkəmizin milli maraqlarından üstün heç bir amil yoxdur. Yaxşı olar ki, istər daxili, istərsə də xarici qüvvələr xalqımızın istənilən məsələdə ölkə başçısının ətrafında sıx birləşdiyini anlasınlar. Bilsinlər ki, bu cəhdlər sabun köpüyündən başqa bir şey deyil".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm