Heyvandarlığın inkişafına 8,4 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Heyvandarlığın inkişafına 8,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Publika.az xəbərinə görə, sərəncamda qeyd edilib ki, Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm