AÇ-2016: Qapıçının barmağı çıxdı, ancaq oyunu saxlamadı - VİDEO
Bizi izləyin

İdman

AÇ-2016: Qapıçının barmağı çıxdı, ancaq oyunu saxlamadı - VİDEO

Fransada keçirilən Avropa çempionatında baxımlı futbolla ictimaiyyətin simpatiyasını qazanan Macarıstan millisi 1/8 finalda Belçikaya məğlub olaraq (0:4) mübarizəni dayandırdı. Ancaq oyunu izləyənlər bilir ki, macarlar belə məğlubiyyətə layiq deyildilər.

Publika.az xəbər verir ki, Macarıstan millisinin veteran qolkiperi, idman şalvarı ilə bütün dünyada məşhurlaşan Qabor Kiray yerli telekanallardan birinə maraqlı açıqlama verib. Belçika ilə oyunun 36-cı dəqiqəsində De Bruynenin cərimə zərbəsindən sonra cüzi topa toxunan Kiray qola əngəl olsa da, həmin epizodda barmağı çıxıb:

“Həmin an hiss etdim ki, barmağım yerindən çıxdı. Epizod başa çatan kimi, tez barmağımı yerinə saldım və oyuna davam etdim. Heç bir ağrı da hiss etmədim. Çünki bütün ürəyimlə oyuna köklənmişdim. Belə vəziyyətlərdən çıxmağa alışmışam. Tibbi köməyə ehtiyacım yoxdur”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm