“Dəmir Mayk” əsri yarıladı
Bizi izləyin

İdman

“Dəmir Mayk” əsri yarıladı

Bu gün ağırçəkili əfsanəvi boksçu Mayk Taysonun 50 yaşı tamam olur.

Publika.az xəbər verir ki, 1966-cı ildə ABŞ-ın Nyu York ştatına məxsus Bruklin əyalətində dünyaya gələn Mayk boks dünyasının ən parlaq simalarından sayılır.

Pərəstişkarları Maykın keşməkeşli yollardan alnıaçıq çıxdığını yaxşı bilir. Həyatın hər üzünü görən “Dəmir Mayk” məhz islam dinini qəbul edəndən sonra insanlara qarşı münasibəti dəyişdi, düz yola gəldi.

Onun karyerasında bir maraqlı məqam diqqət çəkir. Belə ki, Tayson karyerası ərzində əvvəlki döyüşündən sonra 64 gündən tez və 204 gündən gec olmayaraq çıxdığı döyüşlərdə uduzmayıb. Məsələn, “Dəmir Mayk” Holifildə məğlub olanda əvvəlki döyüşündən 63 gün keçmişdi. Daqlas, Lüis və digərlərinə isə 204 günlük fasilədən sonra çıxdığı döyüşlərdə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm