Nida.az
Con Kerri İlham Əliyevə zəng etdi
İyunun 30-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Publika.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır