Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.

İyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 2-3-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər enməsi müsbət amildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm