Ucuz günəş batareyaları sorağında - Video
Bizi izləyin

Texnoloji

Ucuz günəş batareyaları sorağında - Video

Ucuz günəş batareyaları sorağında - Video

Hazırda istifadə olunan günəş batareyaları silikondan hazırlanır və onların istehsalı mürəkkəb cihazların və təcrübəli mütəxəssislərin köməyindən istifadə olunur. Orta hesabla Birləşmiş Ştatlarda hər evin bir gündə 20 ilə 24 arası kilovat enerjiyə ehtiyacı var. Bu miqdar enerjini günəş batareyalarından əldə etmək üçün 20000 ABŞ dolları investisiya etmək lazımdır. Bu çox bahadır və çoxları buna imkanı yoxdur(Amerikanın səsi).


Ancaq Harvard Təmiz Enerji lahiyəsinin bir qrup araşdırmaçısı maliyyə dəyərini azaldacaq ucuz, karbon tərkibli günəş batareyaları ixtira ediblər. Lahiyəyə başçılıq edən Alan Aspuru Amerikanın Səsinə müsahibəsində deyir ki, tərkibində karbon olan günəş batareyaları uğurlu olmaları üçün 10 faiz səmərəli nəticə göstərməlidir.


Bu o deməkdir ki, cihazın qəbul etdiyi 10 faiz günəş işığı elektrikə çevrilir. Burada təxminən üç, dörd və ya beş – bizim bildiyimiz bir ovuc molekul var ki, bu nəticəni verir. Bu keçən il və ya iki il əvvəl ixtira olunub, deyə Alan Aspuru bildirir.

Aspuru deyir ki, hazırda istifadə olunan silikondan hazırlanmış günəş batareyaları sadəcə 15 faiz səmərəli nəticə göstərir. Əlbəttə ki, daha səmərəli nəticə göstərən günəş bataryaları var, ancaq onlar çox bahalı olduğu üçün ümumən peyklərdə istifadə olunur. Ancaq karbondan hazırlanmış bataryalar ucuz olmasına baxmayaraq çox yer tutur.

Araşdırmaçılar hazırda 2.3 milyon karbon birləşməsindən 35000-də 10 faizdən çox faydalı malekul olduğunu kəşf edib.

Alan Aspuru: Bu o mənaya gəlmir ki, 35000 molekulun hamısı 10 faizdən çox səmərəli olacaq. Bunlar günəş batareyası üçün potensial ola bilər. Sadəcə onlar üzərində daha çox araşdırma aparmaq lazımdır.

Aspuru deyir ki, bu birləşmələri daha da incələmək üçün kompüter gücünə ehtiyac var. Onun qrupu bu dəstəyi dünyanın hər yerindən könüllülərin kompüter vaxtlarını virtual superkompyuter lahiyəsinə ianə edərək əldə edir.

Alan Aspuru: Mənim lahiyəmi götürsək, IBM-in Dünya İctimayəti şəbəkəsi lahiyəsi ilə əməkdaşlığımız, İBM-in informasiya bazasında qeydiyyatda olan yüz minlərlə insanın bizim lahiyə də daxil olmaqla bir çox digər lahiyədə iştirakına şərait yaradır.

Tədqiqatçılar ümid edir ki, onların kəşfləri yeniliklərə stimul olacaq. Dünya boyu təcrübə laboratoryaları yeni maddələrin tapılmasında bu kəşfdən faydalanacaq.

Nəticələr hələlik ümidvericidir. Təmiz Enerji Lahiyəsi DA2T adlanan yeni güclü yarımkeçirici kəşf edib. Bu elm dünyasında ikinci ən yaxşı yarımkeçiricidir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm