Dodaqlarını qoyun yağı ilə böyüdüb... - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dodaqlarını qoyun yağı ilə böyüdüb... - FOTOLAR

Aşley adlı amerikalı qadın 12 il əvvəl dodaqlarına qoyun yağı ineksiya edib.

Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, Aşleyin dodaqları ilk illərdə gözəl görünməsinə baxmayaraq, getdikcə qəribə hal almağa başlayıb və hər il bir az daha böyüyüb.

Aşley "Botched" adlı estetik televiziya proqramına çıxaraq dodaqlarını əvvəlki halına gətirmək istədiyini deyib. Cərrahlar Aşleyin dodaqlarındakı maddənin qoyun yağı deyil, slikon olduğunu söyləyib. Üstəlik, istifadə edilən silikon sterilləşdirilmiş və tibbi istifadəyə uyğun olmayıb. Həkimlər qadının dodaqlarının bu qədər böyüməsinin əsl səbəbinin slikonun çox olması ilə deyil, onun bədənin yad maddəyə immunoloji reaksiya göstərməsi ilə izah edib.

Həkimlər bildirib ki, qadının dodaqlarına qoyun yağı yeridilsəydi, daha ciddi problemlər ortaya çıxar və infeksiya baş verərdi. Ashley "Botched" adlı estetika proqramında dodaqlarındakı yad maddədən xilas olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm