"Hazırda iki Avropa var.." - Müsahibə
Bizi izləyin

Qırmızı.az

"Hazırda iki Avropa var.." - Müsahibə

Avropanı tənqid etməkdən çəkinməyən bir filosof olaraq bütün dünyada tanınan müasir filosoflardan biri olan Slavoy Zizek xüsusilə iqtisadi mövzularda irəli sürdüyü fikirlərə bəşəri düşüncədə inqilab yaradan insanlardan biri hesab edilir.

Publika.az bu yaxınlarda euronews-a verdiyi müsahibədə də çox maraqlı məqamlara toxunan filosofun həmin müsahibəsindən bəzi hissələri təqdim edirik.

euronews: Siz düşünürsünüz ki, müasir dünyadakı qaçqın probleminin əsas səbəbi qloballaşmadır. Niyə bu fikrə gəlmisiniz?

Slavoj Zizek: Məncə qloballaşmanın digər bir üzü də ətrafa gözəgörünməz divarlar hörməsidir. Hətta Sloveniyada da işsiz və ya etibarlı mühitlərdə işləməyən işçilər mövcuddur. Hardasa oxumuşdum ki, işçilərin yarısından çoxu təhlükəsizlik tədbirləri görülməyən mühitlərdə işləyir. Kasıb ölkələrdə yaşayan insanlar cəmiyyətdən uzaqlaşdırılmış vəziyyətdədirlər. Yəni bizə əvvəldən tanış olan varlı-kasıb bölgüsü yoxdur. Hal-hazırda özünü təhlükəsizlikdə hiss edən, müəyyən sivil haqlara sahib olan insanlarla, bu imkanlardan tamamilə məhrum edilmiş insanlar var. Bunun üçün bizim beynəlxalq gücə ehtiyacımız var. Mövcud nizamla isə biz təbiət və qaçqın probleminin öhdəsindən gələ bilməyəcəyik.

euronews: Halbuki, Avropa İttifaqı bu kimi problemləri həll etməlidir. Lakin bu mövzuda uğursuz oldular, bunu edə bilmədilər.

Slavoj Zizek: Bəli. Bu vəziyyət Avropa ittifaqı üçün faciəvidir. Avropa nə istədiyini bilmir. Əslində hal-hazırda biz iki fərqli Avropadan danışa bilərik. Bunlardan biri Brüssel mərkəzli dövlət təməli olan Avropadır. Bu tərəf üçün qlobal bazar çox böyük əhəmiyyət kəsb edir. Müəyyən bir idealları da yoxdur. İkinci Avropa isə qaçqınların əleyhinə olan populist yerdir. Məncə bu hal Avropa üçün böyük təhlükədir. Şəxsən mən bu böyük insan köçündən qorxmuram. Əslində qorxuqlarım Avropanı hal-hazırda müdafiə edən bu tip insanlardır. Məsələn, Marine Le Pen Fransada iqtidarda olsa da, Avropa yenə olduğu kimi qalacaq. Hər birimiz bu qitəni sevirik. Avropa hələ də azadlıq, sosial təhlükəsizlik və qadın haqları dəyərlərinə sahib çıxdığı üçün həyatda qala biləcək.

euronews: Hal-hazırda daha da yoxsullaşan qərbli fəhlə sinfi və orta gəlirli insanlar niyə digər qitələrdəki kasıb insanların bu səylərinə ortaq oldular?

Slavoj Zizek: Çox əhəmiyyətli və müxtəlif tərəflərə apara biləcək bir sual verdin. Bunu bir çox solçu etməkdən çəkinir. Qaçqınların axınından qorxan sadə insanların özlərinə görə bəzi haqlı səbəbləri var. Çünki Avropa qapılarını qaçqınların üzünə taybatay açarsa, işsiz qalacaq, daha az maaş alacaq insanlar da varlılar arasından deyil, sadə vətəndaşlar arasından olacaq. Məncə bu mövzudakı yeganə çıxış yolunu tapmaq ortaq səy nəticəsində mümkün olacaq. Məsələyə təkcə insani tərəfdən baxmaq onu həll etməyə kifayət etmir. Ölkələrdəki rifah səviyyəsi aşağı düşür və avropalılar bu haldan heç də razı deyillər. Bu insanları narahat edən əsas böhran qlobal sərmayənin bərabərsizliyi meydana çıxarmasıdır. Öz səylərimizin onların səyləri ilə əlaqəli olması çox vacib bir mövzudur. Bu vəziyyəti qəbul etməsək, qaçqınlar gəlməyə davam etdiyi halda, onları iqtisadiyyata yük olaraq qəbul etməklə, uduzan tərəf də biz olacağıq. Güclü qərarlar verə bilməyimiz üçün transmilli bir mexanizmə ehtiyacımız var.

euronews: Hüquqi sanksiyalarlamı?

Slavoj Zizek: Əlbəttə. Məncə bu məsələdə hər hansı bir problem yoxdur.

euronews: Ancaq Avropa Birliyi bunu rədd etdi.

Slavoj Zizek: Bu, məni kədərləndirir. Bəli, rədd edilib, amma bunun üçün alternativ nədir? Başqa bir variant olduğunu güman etmirəm. Axı bundan imtina edərək, güclü ölkələrin oyununu oynamaq hansı işə yarayır? Bu İngiltərənin etdiyi bir şeydir.

euronews: Ancaq problem Brüssel deyil. Əsl problem qloballaşmadır...

Slavoj Zizek: Bu sizin fikrinizdir.

euronews: İqtisadi böhran Brüssel ilə əlaqəli deyil, uyğunlaşma mərhələsiylə əlaqəlidir.

Slavoj Zizek: Brüsseli tənqid edənlər onun beynəlxalq bürokratiyada nə qədər pis olduğunu unudur. Brüsselin etdiyi şey minimum şərtlərlə daxilinə maksimum işi saatları dürtməkdir. Məhz bu mübarizənin hələ də Avropa İttifaqı daxilində davam etdiyini düşünməyimin səbəbi də budur.

euronews: Donald Trump… Düşübürsüz ki, Amerika inqilabi bir mərhələdən keçir?

Slavoj Zizek: Əlbəttə. Trump insan olaraq iyrənc, mənasız və irqçi bir tipdir. Lakin bununla bərabər, onun İsrail və Fələstin mövzusunda dedikləri çox doğrudur. Fələstin mövzusuna marağı olduğunu və bu məsələyə daha təbii tərəflərdən yaxınlaşmaq lazım olduğunu demişdi. Sadəcə Rusiyaya qarşı çıxılmaması, bir dialoq mərhələsinə girilməsi və minimal maaşların artırılması lazım olduğunu dadeyib.. Obamanın qlobal sağlamlıq sistemini ləğv etməsindən də razı olmadığı qeyd edib.

euronews: O mərkəzçi liberaldır.

Slavoj Zizek: Bəli, mən də belə düşünürəm. Bu axmaqlığı bir kənara qoyaq. Çox təhlükəli bir vəziyyətdir, bunu qəbul edirəm. trump daha çox opportunist və əsl siyasətçidir. Bəlkə də haqqında düşündüyümüz qədər pis insan da deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm