Donald Tramp məşhur Hollivud filmində - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Donald Tramp məşhur Hollivud filmində - FOTOLAR/VİDEO

Hazırda ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp 1992-ci ildə Hollivud istehsalı olan məşhur “Evdə tək-2” filmində çəkilibmiş.

Publika.az xəbər verir ki, həmin filmdə Donald Trampın baş rolu oynayan “Kevin” adlı uşaqla dialoqu var.

Həmin dialoq səhnəsində D.Tramp otelə yeni gələn “Kevin” adlı uşaqla danışaraq ona yolu göstərir.

Qeyd edək ki, filmdə gənc “Kevin”in oğruların başına gətirdiyi macəraların yaşandığı otel məhz Donald Trampa məxsus olub.

Xatırladaq ki, “Evdə tək-2” filmində “Kevin” rolunu aktyor Macaulay Culkin canlandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm