Kristiano Ronaldo 18 il sonra Braziliyalı Ronaldonu təkrarladı – FOTOLAR
Bizi izləyin

İdman

Kristiano Ronaldo 18 il sonra Braziliyalı Ronaldonu təkrarladı – FOTOLAR

Futbol üzrə Avropa çempionatı 2016-nın final matçında Portuqaliya ilə Fransa oyunu zamanı Kristiano Ronaldonun zədələnməsi tarixin bir neçə maraqlı təsadüflərini yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin oyunda portuqaliyalı ulduz Kristiano Ronaldonun zədələnməsi eyniadlı digər futbolçunun 18 il öncə yaşadığı hadisəni xatırladıb.

Belə ki, 1998-ci il futbol üzrə Dünya çempionatının final oyunu zamanı Braziliya milli komandasının əfsanəvi futbolçusu Ronaldo Luis Nazario de Lima (qısa adı Ronaldo – red.) da ayağından zədələnərək, oyunu yarımçıq tərk etmişdi.

Bundan əlavə, həm braziliyalı Ronaldo, həm də Kristiano Ronaldo Fransada keçirilən oyunda, “Stade de France” stadionunda, eyni komandaya qarşı və final qarşılaşması zamanı zədələniblər.

Bu təsadüf futbol tarixinə “ən yadda qalan hadisə” kimi düşüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm