İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib
Bizi izləyin

Nida.az

İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka başsağlığı verib.

Publika.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm