Bolqarıstan-Türkiyə sərhədində təhlükəsizlik tədbirləri gücləndirildi
Bizi izləyin

Dünya

Bolqarıstan-Türkiyə sərhədində təhlükəsizlik tədbirləri gücləndirildi

Türkiyədə baş verən son hadisələrdən sonra Bolqarıstan bu ölkə ilə sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Publika.az xəbər verir ki, baş naziri Boyko Borisov görülən işlərlə tanış olmaq üçün Bolqarıstan-Türkiyə sərhədində olub.

"Bolqarlar rahat yatsınlar deyə, əlimizdən gələni edirik. Lazım olan hər cür təhlükəsizlik tədbirini görürük”, - deyə nazir qeyd edib.

Baş nazir bildirib ki, Türkiyədən qanunsuz şəkildə Bolqarıstana köç etməyə çalışanların qarşısı alınır:

"Qeyri-qanuni köç etməyə çalışanların sayı artsa, bölgəyə daha çox vertolyot və qayıq göndərəcəyik. Hazırda yaşadıqlarımız göstərir ki, gələcəkdə bizi heç də yaxşı günlər gözləmir. Avropa ölkələrində qorxu getdikcə artır. Təkcə Balkan yolu yox, Avropa Birliyinin bütün sərhədləri bağlanmalı idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm