İranda 72 faiz gənc sosial şəbəkə istifadəçisidir
Bizi izləyin

Texnoloji

İranda 72 faiz gənc sosial şəbəkə istifadəçisidir

İranda əhalinin yarısından çoxu aktiv sosial şəbəkə istifadəçisidir. Bu barədə İran mədəniyyət nazirliyinin informasiya və media mərkəzinin direktoru Murtuza Musəvian məlumat verib.

Onun sözlərinə görə, İran əhalisinin 53 faizi, 18-29 yaş qrupu gənclərin isə 72 faizi sosial şəbəkə üzvləridir.

Qeyd edək ki, İranda “Facebook”, “twitter” kimi sosial şəbəkələrə giriş qadağandır. Lakin buna baxmayaraq “Proxy”- filter qıran proqramlarla həmin şəbəkələrə daxil olub fəaliyyət göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm