Əl-Bağdadinin köməkçisi MƏHV EDİLİB
Bizi izləyin

Dünya

Əl-Bağdadinin köməkçisi MƏHV EDİLİB

İraqın təhlükəsizlik qüvvələri Diyala əyalətinin şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin köməkçisini məhv ediblər.

Publika.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Əl-Muhisə rayonunda keçirilən əməliyyat zamanı Əl-Bağdadinin köməkçisi Həşim Nasif Casim Əl-Hayəli məhv edilib, onun bir neçə silahdaşı isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm