Dünyada isti hava rekordu qırıldı
Bizi izləyin

Bilgi.az

Dünyada isti hava rekordu qırıldı

Publika.az xəbər verir ki, Dünya Meteorologiya Qurumu 2016-cı ilin ilk 6 ayında dünya miqyasında istilik rekordunun qırıldığını elan edib.

BMT-nin Cenevrə ofisində keçirdiyi mətbuat konfransında Dünya İqlim Tədqiqatları Proqramının direktoru David Carlson deyir: Qütb dənizindəki buzlaqlar daha sürətli və erkən əriməyə başlayıb, qlobal istiləşməni artıran karbondioksid səviyyəsi ən yüksək həddinə çatıb. 2016-cı ilin ilk ayında qlobal istiləşmə rekordu qırılıb.

Qurumun qeydlər aparmağa başladığı 1880-ci ildən bəri dünyada ən isti İyun ayının məhz bu il yaşandığı müşahidə edilib. Carlson qeyd edir ki, son 14 ay ərzində planetimiz quru və suda bu günə qədər görülməmiş istilik rekordunu qırmış oldu.
Dünyanın ən soyuq nöqtələrinin yerləşdiyi Kanada, Rusiya, Qrinlandiya və Alyaska da bu istiləşməni hiss edib. Bütün bu faktlar hələ də qlobal istiləşməyə inanmayan və mövzunu müzakirəyə çıxaranlara barmağarası baxan, öz şəxsi mənafeləri üçün problemi gözardı edənlər üçün bir siqnal olmalıdır. pahoo.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm