G20 ölkələrin “qara siyahısı”nı hazırlayacaq
Bizi izləyin

Dünya

G20 ölkələrin “qara siyahısı”nı hazırlayacaq

Növbəti G20 sammitinə qədər vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrin “qara siyahısı” hazırlanacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu G20 ölkələrinin maliyyə qurumlarının və Mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

Növbəti G20 sammiti 2017-ci ilin iyulunda keçiriləcək. S. Storçak deyib ki, G20 ölkələri vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrlə əlaqədar məsələ ilə ciddi məşğul olmağa qərar verib: “Qara siyahı” növbəti sammitdə hazır olmalıdır. Bu, görüşün yekun Bəyannaməsində də yer alıb”.

Rusiya maliyyə nazirinin müavini qeyd edib ki, “qara siyahı”nın əsas kriteriyaları da artıq məlumdur. Sorğu üzrə informasiya mübadiləsində, avtomatik informasiya mübadiləsində iştirak etməyən ölkələr “qara siyahı”ya salınacaq. Hələ ki, “qara siyahı”ya salınacaq ölkələrlə əlaqədar cəza tədbirləri müəyyənləşdirilməyib və bu məsələyə növbəti mərhələdə baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm