Ərdoğan müxalifətlə görüşə hazırlaşır - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan müxalifətlə görüşə hazırlaşır - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Milliyətçi Xalq Partiyasının rəhbəri Dövlət Baxçalı ilə görüşəcək.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. Görüş zamanı Ərdoğan hər üç liderə 15 iyul hadisələrində tutduqları mövqeyə görə təşəkkür edəcək.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən çevrilişə cəhd olub. Çevrilişin qarşısını alınıb. Nəticədə 300-dən çox insan həlak olub.

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm