Lənkəran sakininin həyətində çətənə kolları aşkarlanıb
Bizi izləyin

Hadisə

Lənkəran sakininin həyətində çətənə kolları aşkarlanıb

Lənkəran sakininin həyətində çətənə kolları aşkarlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirilib.

Keçirilmiş tədbir nəticəsində rayonun Cil kənd sakini Eyvazov Fərid Rəcəbəli oğlunun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş 47 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb. Aşkar edilən narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm