Şamaxıda 3 yeniyetmə göldə boğulub - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Şamaxıda 3 yeniyetmə göldə boğulub - YENİLƏNİB

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yeniyetmə oğlanların şəxsiyyəti müəyyən edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Onların Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm