Liviya sahillərində 41 miqrant meyiti aşkarlanıb
Bizi izləyin

Dünya

Liviya sahillərində 41 miqrant meyiti aşkarlanıb

Liviya sahillərindəki Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyiti aşkarlanıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, meyitləri könüllülər dəstəsi tapıb. Onların Avropaya dəniz yolu ilə getmək istəyən mühacirlər olduğu bildirilir. Miqrantların 5-6 gün əvvəl dənizdə batdıqları ehtimal edilir. Meyitlər nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub.

2920 miqrant, açqın ölüb və ya itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm