Gəncə sakini bıçaqlanıb
Bizi izləyin

Hadisə

Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yataqxanaların birində qeydə alınıb.

Orada yaşayan 1976-cı il təvəllüdlü Yaşar Rzayev qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun qonşusu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm