25 İYUL
Bizi izləyin

Qırmızı.az

25 İYUL

1567-ci il. Venesuelanın paytaxtı Karakas şəhərinin əsası qoyulub. Ərazisi 440 kvadratkilometr olan şəhərin əhalisinin sayı 3 milyon 50 mindən çoxdur.

1814-cü il. Məşhur ingilis ixtiraçısı Corc Stivenson parovozun ilk sınağını həyata keçirib. İlk vaxtlarda parovozlar əsasən kiçik küçələrdə işləyirdi və mədənlərə, bir sıra müəssisələrə xidmət göstərirdi. Getdikcə daha müasir parovozların hazırlanması və istifadəyə verilməsi yeni dəmir yolu xətlərinin çəkilişini zərurətə çevirdi.

1943-cü il. İtaliyada faşizm ideologiyasını reallaşdıran Milli Faşist Partiyasının lideri Benito Mussolini çevriliş nəticəsində devrilib və həbs edilib. O, 1922-ci ildən hakimiyyətdə olub.

1984-cü il. Sovet kosmonavtı Svetlana Savitskaya açıq kosmosa uçuşu həyata keçirib. O, Valentina Tereşkovadan sonra kosmosa uçan ikinci qadın, açıq kosmosa çıxan ilk qadın olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm