Almaniyada partlayış: terrorçu öldü, 12 nəfər yaralandı – VİDEO
Bizi izləyin

Dünya

Almaniyada partlayış: terrorçu öldü, 12 nəfər yaralandı – VİDEO

Almaniyanın Ansbax şəhərində partlayış törədilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, restoranlardan birində törədilən partlayış nəticəsində terrorçu həlak olub, daha 12 nəfər yaralanıb.

Hazırda bütün zərərçəkənlər xəstəxanadadır. Həkimlər onlardan üçünün vəziyyətini ağır qiymətləndirir.

Polislərin məlumatına görə, partlayış 27 yaşlı suriyalı kamikadze tərəfindən törədilib. Bavariya Daxili İşlər Nazirliyinin başçısı İoxan Xerrman bildirib ki, bir il əvvəl ona qaçqın statusunun verilməsindən imtina edilib.

Polis də terrorçunun ekstremist qruplaşmalara aid ola bilməsini istisna etmir. Amma təhlükəsizlik güclərində hələlik belə informasiya yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm