“İncirlik”də məxfi QİYAM GÖRÜŞÜ: ABŞ generalının gizli Türkiyə səfəri
Bizi izləyin

Dünya

“İncirlik”də məxfi QİYAM GÖRÜŞÜ: ABŞ generalının gizli Türkiyə səfəri

Türkiyədə 15 iyul dövlət çevrilişi planının arxasında ABŞ-ın olmasına dair informasiyalar yayılmaqdadır.

Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzeti dövlət çevrilişi planını hazırlayanlar arasında İSAF (Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) komandanı, general Con Kempbellin də olduğunu yazıb.

Qəzetin məlumatına görə, dövlət çevrilişinə maliyyə yardımı etmək üçün Nigeriyada olan “United Bank of Africa (UBA)”dan CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) vasitəsilə pul köçürülüb.

“Çevriliş planının tətbiq etdiyi vaxta qədər iki dəfə gizli şəkildə Türkiyəyə səfər edən general Kempbell həm Ərzurum, həm də Adanadakı “İncirlik” hərbi bazasında məxfi görüşlər keçirib. Hərbi mənbələrə görə, amerikalı general dövlət çevrilişi uğurlu olacağı təqdirdə yenidən Türkiyəyə gələcəkdi. Həmçinin, UBA-dan köçürülən pullar Türkiyədə 80 nəfərin ayrı-ayrı bank hesablarına yatırılıb. Bu hesablardan çıxarılan pullar xuntaçılara birbaşa təqdim olunub. Türkiyənin Şərq və Cənub-Şərqində bir sıra tanınmış adamlar bu işin içində olub. Anadoluda və digər yerlərdə isə Gülən camaatına məxsus adamlardan istifadə olunub”, - deyə məqalədə bildirilir.

“Yeni Şafak” yazır ki, FETÖ-ya bağlı olan zabitlər 2015-ci ilin ikinci yarısından etibarən bu planın hazırlanmasında iştirak ediblər: “İncirlik” hərbi bazasında yaradılan mərkəzdə planın xəritəsi cızılıb”.

Qeyd edək ki, çevriliş planında CİA-nın iki tanınmış simasının da adı hallanır. (http://publika.az/p/144263).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm