Nida.az
PA rəsmisi: “Prezidentinin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması...”
"Deputatlığa namizədlərə yaş senzinin tətbiqi diskriminasiyadır".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin nümayəndəsi, Azərbaycan Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Konstitusiya Məhkəməsi Plenumunun iclasında "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı çıxışı zamanı bildirib.
PA rəsmisi Azərbaycan Prezidentinin səlahiyyətinin 5 ildən 7 il müddətinə qaldırılması məsələsinə də toxunub: "Bilirsiniz ki, Avstriya və Finlandiyada prezidentlərin səlahiyyət müddəti 7, Rusiyada isə 6 ildir. Eyni zamanda seçkilərin keçirilməsi ucuz məsələ deyil. Seçkilərə dövlət kifayət qədər vəsait ayırır".
Ş.Əliyev həmçinin bildirib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən 7 il vaxt ötüb: "Bu 7 il ərzində Azərbaycanın yeni inkişaf tələblərinə uyğun olaraq Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 9-cu maddənin I hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Təklif edilir ki, digər silahlı birləşmələrin, yəni Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi əməliyyatlar zamanı qərargah rəislərinin birləşmiş komitəsi yaradılacaq və bu silahlı birləşmələr birbaşa Ali Baş Komandana tabe olacaqlar".
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...