AB-dən Türkiyəyə TƏHDİD: “Ölüm hökmünü bərpa etsə...”
Bizi izləyin

Dünya

AB-dən Türkiyəyə TƏHDİD: “Ölüm hökmünü bərpa etsə...”

“Türkiyə ölüm cəzasını bərpa edərsə, Avropa Birliyi üzvlük prosesini dərhal dayandıracaq”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının başçısı Jan-Klod Yunker deyib.

Yunker Türkiyənin yaxın müddətdə Avropa Birliyinə (AB) üzv ola biləcək bir mövqedə olmadığını bildirib.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölüm cəzasının bərpa olunması barədə tələblər səslənir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament tərəfindən dəstəklənəcəyi halda qərarı imzalayacağını qeyd edib. Milliyyətçi Hərəkat Partiyası ölüm cəzasının bərpasına müsbət yanaşır, Cümhuriyyət Xalq Partiyası və Xalqların Demokratik Partiyası isə qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm