Mariya Şarapova rus kişilərini ÜSTƏLƏDİ
Bizi izləyin

Ekopublika.az

Mariya Şarapova rus kişilərini ÜSTƏLƏDİ

“Forbes” jurnalı Rusiyanın 50 ən məşhur şəxsinin gəlirlərini açıqlayıb.

Publika.az jurnala istinadən xəbər verir ki, 2015-2016-cı il arasında ulduzların gəlirləri eyni səviyyədə qalıb. Onların gəlirlərinin cəmi 164 milyon dollar olub. Hansı ki 2014-cü ildə bu rəqəm 174 milyon dollar idi.

“Forbes”ə görə, ulduzlar arasında yenə Mariya Şarapova gəlirlərinin həcminə əsasən birinci yeri tutub. O illik 21,9 milyon dollar qazanıb. Pop musiqiçi Qriqoriy Lepsil 9 milyon, həmkarları Sergey Şnurov 11 milyon, Filipp Kirkorov 7,6 milyon, Dima Bilan 4,7 milyon, Kristina Orbakayte 1, 1 milyon, Valeriya 2,8 milyon dollar gəlir əldə edib.

Hokkeyçi Aleksandr Obeçkin 12,1 milyon dollar, həmkarı Yevqeniy Malkin 9,9 milyon dollar qazanıb.

Telejurnalistlər

Kseniya Sobçak 1 milyon, Dimitriy Nagiyev 3,2 milyon, İvan Urqant 2,2 milyon, Andrey Malaxov 1,7milyon dollar gəlir əldə ediblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm