Qiyamçılar Davudoğlunu baş nazir edəcəkdi
Bizi izləyin

Dünya

Qiyamçılar Davudoğlunu baş nazir edəcəkdi

Türkiyədə hərbi çevriliş müvəffəqiyyətli olacağı halda, keçmiş baş nazir Əhməd Davutoğlu bu posta qayıdacaqdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Ədalət və İnkişaf Partiyasının (AKP) kulislərinə istinad edən yazar Can Ataklı bildirib.

Can Ataklının sözlərinə görə, bu vəziyyət AKP-nin yüksək təbəqələrində narahatlıq yaradıb.

“AKP rəhbərliyinin inancına görə, əgər Fəthullah Gülən camaatının hərbi çevriliş cəhdi müvəffəqiyyətli olsaydı, Davudoğlunu baş nazir edəcəkdilər. Davudoğlu ağzı ilə quş tutsa belə, bəlkə saf və təmiz AKP-lilərin gözündə bir parça etibar qazana bilər, amma sarayın və iqtidarın gözündə artıq yox hökmündədir”, - türkiyəli yazar qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm