İdman
Azərbaycanda antidopinq qanunvericiliyi sərtləşdirilə bilər
Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyinin sərtləşdirilməsi məqsədilə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təkliflərdə qeyd edilir ki, dopinq vasitələrindən və ya metodlarından istifadəyə məcbur etmə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri ilə cəzalandırılsın. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə 1 ildən 3 ilədək azadlıqdan məhrum edilmə təklif edilir.
Təkliflərə əsasən, dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılması əməlləri 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 5000 manatdan 10 000 manatdək məbləğdə cərimə edilməsi təklif edilir.
Həmçinin bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 3000 manatdan 5000 manatdək məbləğdə cərimələr nəzərdə tutulur.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO