Referendumun vaxtını prezident təyin edəcək
Bizi izləyin

Nida.az

Referendumun vaxtını prezident təyin edəcək

"Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm