Azərbaycan Ermənistanın siyasi planını alt-üst etdi: "Sarkisyanın..."
Bizi izləyin

Dünya

Azərbaycan Ermənistanın siyasi planını alt-üst etdi: "Sarkisyanın..."

Apreldə baş verən “dördgünlük müharibə” zamanı işğal altında olan ərazilərin bir qismini azad edən Azərbaycan Ordusu Ermənistanda siyasi planları da alt-üst edib.

Publika.az xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti ölkədə idarəetmə institutunun parlament respublikasına keçid qərarının dəyişəcəyini yazıb.

Qəzetin məlumatına görə, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimin bu barədə qərarı artıq ləğv edilib.


“Aprel müharibəsindən sonra Qarabağda (qondarma “DQR” ) idarəetmə modelinin dəyişdirilməsi məsələsi havada donub qaldı. “Dördgünlük müharibə”dən sonra belə hesab olunur ki, modelin dəyişilməsi təhlükəlidir. Artıq bu haqda rəsmi şəkildə də məlumat yayılıb”, - deyə qəzet yazıb.

Qəzetin əldə etdiyi məlumata görə, “dördgünlük müharibə”dən sonra Ermənistanda da parlament respublikasına keçid haqda tərəddüdlər yaranıb: “Güman edilir ki, İrəvan bu dəyişiklikdən imtina edəcək”.

Qeyd edək ki, Ermənistanda 2017-ci ildə parlament respublikasına keçid olacağı gözlənilirdi. Serj Sarkisyan bu vasitə ilə öz hakimiyyətini uzatmaq niyyətində idi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm