Rusiya Polşanı bir gecəyə almağı planlaşdırır – ŞOK HESABAT
Bizi izləyin

Dünya

Rusiya Polşanı bir gecəyə almağı planlaşdırır – ŞOK HESABAT

“Rusiya Polşanı bir gecə ərzində tuta bilər”.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu qənaətə “Atlantic Council” Amerika analitik mərkəzinin ekspertləri gəliblər.

“Moskva hətta əgər hazırda NATO ilə birbaşa toqquşmada maraqlı olmasa belə, hər şey bir gecə ərzində dəyişə və qısa müddətə reallaşdırıla bilər. Xüsusən, müvafiq planlar və bunun üçün lazım olan resurslar çoxdan hazırlanıb”, - sənəddə deyilir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, Krımın zəbt edilməsi ilə Rusiya prezidenti Vladimir Putin hamını necə fakt qarşısında qoya biləcəyini əyani şəkildə sübut etdi. Analitik hesabatda etiraf edilir ki, Rusiyanın müdaxiləsinin dəqiq vaxtını qabaqcadan xəbər verə bilmirlər. Amma əmin edirlər ki, bu, mütləq baş verəcək. Bundan başqa sənəddə bildirilir ki, Rusiya nadir hallarda öz həqiqi niyyətlərini gizlədir.

“Atlantic Council” NATO-nu bütün ssenarilərə hazır olmağa və maksimum, həm də münasib hədəflərə sərt cavab zərbəsi vurmağa çağırır. Ekspertlərin fikrincə, Moskva metrosu, Sankt-Peterburq elektrik şəbəkəsi və Rusiyanın RT dövlət telekanalı hədəflərin siyahısına daxil olmalıdır.

Mərkəzin analitiklərinin fikrincə, Polşa Rusiyaya anlamağa imkan verməlidir ki, hərbi əməliyyatlar başlanacağı halda xüsusi təyinatlı bölmələri Kalininqrad vilayətinə göndərəcək və raket batareyaları kimi strateji əhəmiyyətli hədəfləri məhv edəcək.

“NATO gücləri Polşada işğalçıları saxlamalı və onlara maksimal ziyan vurmalı olacaqlar. NATO gücləri Polşada əlavə qüvvələrinin gəlməsi üçün vaxt udmaq məqsədilə polyaklarla bərabər səviyyədə vuruşmalı olacaqlar. Hərbi ittifaqın regiondakı kontingenti açıq-aydın kifayət etmir”, - hesabatda qeyd olunub.

İyirmi beş səhifəlik sənəddə “dirilən Rusiya”nı saxlamaq üçün NATO-ya edilən çağırışlar yer alıb.

Hərbi strateqlər proqnozlaşdırırlar ki, ruslar Polşanı tutmaq üçün Latviya və Litvanın arasından keçməli olacaq.

Xatırladaq ki, Almaniyanın “Die Welt” nəşri bu yaxınlarda Baltikyanı regionda Rusiya və NATO-nun mümkün hərbi qarşıdurmasında ittifaqın şanslarını qiymətləndirib. Nəşr Şimali Atlantika İttifaqının praktik olaraq şanslarının olmayacağını yazıb.

Nəşr qeyd edir ki, NATO şərq cinahını möhkəmləndirməklə güc nümayiş etdirməyə çalışır.

NATO-nun 8-9 iyul tarixlərində keçirdiyi Varşava sammitində Polşa, Estoniya, Litva və Latviyaya dörd min hərbi qulluqçunun göndərilməsi barədə razılıq əldə olunub. Bu qərar kifayət qədər mübahisəli oldu. Nəşr qeyd edir ki, 4 min hərbi qulluqçu regionda hərbi güclərin nisbətini dəyişdirməyə, ilk növbədə Rusiya qoşunlarının say üstünlüyünə görə qadir deyil.

Bundan başqa, ittifaqda “Axilles dabanı” var: Polşa və Litva arasında təxminən 100 kilometr uzunluğu olan Suvalki dəhlizi. Suvalki Dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus ilə həmsərhəddir. “Die Welt” nəşrinin əməkdaşı qeyd edir ki, bu, regionda NATO-nun ən zəif yeridir.

RAND analitik mərkəzin proqnozlarına əsasən, hipotetik münaqişə olacağı halda Rusiya Suvalki Dəhlizini kəsə, texnika və təchizatı nəql etmək imkanından NATO-nu məhrum edə biləcək.

“NATO-nun piyada qoşunları geri çəkilə bilməyəcək və məğlubiyyətə uğrayacaqlar”, - ekspertlər qeyd edirlər.

Bundan başqa, Rusiya Baltik dənizində ittifaqın hərbi gəmilərini mühasirəyə ala bilər. “Quruda NATO-nun qoşunları rusiyalılara qarşı durmaq üçün çox az və zəifdir”, - məqalənin müəllifi yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm