Azərbaycanlı kursant Ərdoğana qarşı silah götürdü və... - DETALLAR
Bizi izləyin

Dünya

Azərbaycanlı kursant Ərdoğana qarşı silah götürdü və... - DETALLAR

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həbs olunanlar arasında bir azərbaycanlı kursant da var.

Publika.az xəbər verir ki, azərbaycanlı kursant həmin gecə təhsil aldığı Kuleli Hərbi Liseydə olub.

Liseydə təhsil alan kursantların məhkəmədə verdikləri ifadədən məlum olub ki, həmin gecə hərbi məktəbin rəhbərliyi onlara çevriliş olduğunu deyərək, silahlanmalarını əmr edib.

Kursantlar silahlandıqdan sonra məktəb yaxınlığındakı ərazidə keşiş çəkiblər. Daha sonra mülki şəxslərlə toqquşma yaşanıb. Çevriliş cəhdi baş tutmayandan sonra azərbaycanlı kursant da daxil olmaqla hərbi məktəbin tələbələri və rəhbərliyi polis tərəfindən həbs edilib.

İstanbul I Sülh Cəza Hakimliyi “qəsdən adam öldürmə və qəsdən yaralama” maddəsi üzrə cinayət işi başlayıb. Həbs olunanlardan 36 nəfərinə cinayət işi açılıb. 12 əsgər isə azad olunub. Azərbaycanlı kursantlar da azad olunanlar arasındadır. Lakin onun kimliyi açıqlanmır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm